Övladlar Allah Nemətidir

ömr-ü diyar

اَلْمَرْءُ مَعَ مَنْ أَحَبَّ
Yönetici
Övladlarımız Allah-taalanın bizlərə bəxş etdiyi ən gözəl nemətlərdəndir,onun qız və ya oğlan olmasının heç bir fərqi yoxdur.Onlar məsum,zəif,valideyn məhəbbətinə ehtiyaclı,hər şeydən xəbərsiz halda dünyaya gəlirlər.Öz ata-analarından istədikləri isə məhəbbət,şəfqət və nəvazişdir.Təəssüflər olsun ki,bəzi valideynlər bunu da o məsumlardan əsirgəyirlər.
Bəzi valideynlər uşağın qız olduğunu eşitdikdə həyat yoldaşlarına çox qəzəblənirlər.Axı ananın nə təqsiri var?Elm sübut etmişdir ki,uşağın qız və ya oğlan olması atadan asılıdır və ana bu işdə heç bir təsirə malik deyil.

Milyonlarla sperma zərrəciyi kişinin vasitəsilə qadının yumurtalığına ötürülür.Bundan sonra rəhim boğazı ilə rəhimə daxil olur.Sperma hüceyrələrinin çoxu ele yoldaca məhv olur və təxminən iki yaxud üç mini məqsədinə çatır.Əlbəttə,bunların yalnız biri yumurtanı mayalayır.Mayalanmış yumurta rəhimə gedərək tezliklə inkişafa başlayır.İnsanın bədən hüceyrəsində 46 xromosom var.
23 cüt xromosomun içində hər hüceyrədə bir cüt cinsiyyət xromosomu var.Qadında hər iki xromosom eynidir(hər ikisi x-dir).Amma kişidə bu xromosomlar fərqlidir(biri x,digəri y-dir).Hər iki valideyn öz övladına təkcə bir xromosom verir. Anada hər iki xromosom x olduğu üçün yalnız bir x xromosom körpəsinə verir. Amma mümkündür ki, ata x yaxud y xromosomu versin. Əgər mayalanma zamanı atanın x xromosomu ilə ananın x xromosomu birləşərsə, aydın məsələdir ki, körpə qız olacaq. Əgər mayalanma kişinin y xromosomunun qadınln x xromosomu ilə birləşməsindən əmələ gələrsə x-y, körpə oğlan olacaq. Deməli, övladın kimliyinin təyinində ananın heç bir rolu yoxdur. Buna görə də o təqsirsizdir.


Övlad Allah nemətidir. Peyğəmbərimiz (s) buyurub: “Qız yaxşılıq, oğlansa nemətdir. Nemət haqqında sorğu-sual olunar, yaxşılığa isə savab verilər.”
İmam Səccada (ə) övladının dünyaya gəlməsi xəbərini verirkən həzrət (ə) heç vaxt onun qız yaxud oğlan olmasını soruşmaz, onun sağlamlığı ilə maraqlanar, sağlam olduğunu bildikdə buyurardı: “Şükür Allaha ki, məndən xəstə övlad yaratmadı.”
Övladlarına fərq qoyan, oğlanı qızdan üstün tutan valideyn bilməlidir, bir çox ata-analar var ki, illər hətta bütün ömrü boyu övlad arzusuyla yaşayır, bəziləri də bu nemətin şirinliyini belə dadmadan dünyadan gediblər. Onlar Allahdan yalnız körpə səsi eşitmələrini arzulayırdılar. Allah bizi nemətlərimizin qədrini bilənlərdən etsin!
 

out of whack

© ◄ Ayarsız..! ►
Forum Administrator
Dikkatimi çekti de bazı harflerin yerinde farklı karakterler var, bunu bilerek mi yazdınız yoksa hata mı var?
 
Üst